“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov daha bir futbolçunun xidmətindən imtina edib.
Sportinfo.az-ın məlumatına görə, o, Nicat Qurbanovu komandadan uzaqlaşdırıb.
Bu ilin əvvəlində “Samtrediya”dan gələn yarımmüdafiəçi əvəzedici heyətə göndərilib. Rəsmilər azad agent statusu almağı təklif etsə də, Qurbanov bununla razılaşmayıb.
“Neftçi”nin yetirməsi 6 aylıq müqaviləsinin qüvvədə olmasını əsas gətirərək, bu ilin sonunadək “dubl”da çıxış edəcəyini söyləyib.
Niyə də yox?! Nicat heç də az qazanmır. “Keşlə” ona hər ay 5000 manat ödəyir.

