Ötən ilin yayından bəri işsiz qalan Tərlan Əhmədov, deyəsən, səhvini başa düşüb.
O, “Keşlə” rəhbərliyinə xəbər göndərərək, yenidən burada çalışmaq istədiyini bildirib.
Keçən müddət arzində özünə yeni iş yeri tapmayan, AFFA tərəfindən qəbul görməyən mütəxəssis ona növbəti dəfə şans verilməsini xahiş edib.
Əhmədov paytaxt təmsilçisində Premyer Liqanın bürünc medallarını qazanıb. “Keşlə”dən onu heç kim uzaqlaşdırmamışdı.
Sadəcə, klub rəsmilərinin üzünə ağ olduğu, onlara saymazyana yanaşdığı üçün vəzifəsi əlindən çıxmışdı.
Elə bilirdi ki, “Keşlə”dən ayrılan gün özünə yeni iş yeri tapacaq, hamı qabağına qaçacaq.
Deyir, sən saydığını say, gör, fələk nə sayır! Təkəbbürlüyün axırı belə də olmalı idi.
SPORTİNFO.AZ

