"İstəyimiz ancaq avrokuboklara vəsiqə qazanmaq olacaq"

10 Avqust 2021 13:00 Şamaxı 1 005
"İstəyimiz ancaq avrokuboklara vəsiqə qazanmaq olacaq"

"Yeni mövsümə az qalır. Fiziki durumumuz çox yaxşıdır.

Düzdür, biz toplanış keçmədik. Amma forma yığmağımızda Konfrans Liqasındakı oyunların faydası çox oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Tərlan Quliyev deyib.

Quliyev yeni mövsümün ilk turunda qarşılaşacaqları "Sumqayıt"la oyundan söz açıb: "İlk oyunumuz "Sumqayıt"la olacaq. Evdə oynayacağıq.

Çempionata qələbə ilə başlamaq istəyirik. Rəqib də zəif komanda deyil. Məncə, "Sumqayıt" da yaxşı mənada yeni mövsümə bizim kimi hazırdı".

Təcrübəli oyunçu yeni mövsüm üçün hədəflərindən də danışıb: "İstəyimiz ancaq avrokuboklara vəsiqə qazanmaq olacaq. Bu heyət kifayət edəcək-etməyəcək, onu çempionat oyunlarında görə biləcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti