«Keşlə»nin baş məşqçisi Sənan Qurbanov 2 yeni legioner alınmasını istəyib.
Bu barədə Sportinfo.az-a klubdan bildirilib.
Verilən məlumata görə, çalıışdırıcı mövsümlərarası fasilədə düşərgəyə cəlb olunan futbolçuların sayından və ümumi hazırlığından razı deyil.
O, idarəçilərlə görüşdə müdafiə və yarımmüdafiə kimi bölgələrin gücləndirməyə gərək olduğunu söyləyib.
«Keşlə»nin bu yay müqavilə bağladığı futbolçuların sayı 10-dur: Merab Qiqauri ("Qəbələ"), Elçin Mustafayev ("Sabah": icarəyə), Rafael Məhərrəmli ("Qarabağ"), Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Neftçi": icarəyə), Aldair Neto ("Pelister", Şimali Makedoniya), Omar Qudiabi ("Pelister", Şimali Makedoniya), Amil Yunanov ("Səbail"), Felipe Santos ("Maribor", Sloveniya), Kərim Diniyev ("Zirə").

