Klub rəhbərliyindən Qurbanovla bağlı yeni qərar

6 Avqust 2021 10:40 Şamaxı 2 015
Klub rəhbərliyindən Qurbanovla bağlı yeni qərar

“Keşlə” rəhbərliyi Sənan Qurbanovla bağlı yeni qərar qəbul edib.

Buna əsasən, o, baş məşqçi kimi Premyer Liqada işini davam etdirəcək.

Gənc çalışdırıcıya tanınan zaman ilk dövrənin sonunadəkdir. Komanda bu müddətdə qənaətbəxş nəticələr qazanarsa, ona gələn ilin yazınadək növbəti şans veriləcək.

Ölkə kubokunun son sahibi avrokuboklarla ilk mərhələdə vidalaşıb. Bakılılar “Soçi”yə 0:3 və 2:4 hessabı ilə uduzub.

Qurbanovla bağlı narahatlığın kökündə isə futbolçularla münasibətlərinin korlanması dayanır. Komandanın əksər üzvləri ondan narazıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti