"Hansı futbolçudan barəmdə nəsə eşitsəm, məndən inciməsin"

24 İyul 2021 13:00 Şamaxı 1 323
"Hansı futbolçudan barəmdə nəsə eşitsəm, məndən inciməsin"

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov komandanı yenidən qarışdıra biləcək fikirlər səsləndirib.

Sportinfo.az-ın məlumatına görə, Azər Bağırovu öz korpusundan uzaqlaşdıran çalışdırıcı bu dəfə futbolçuları hədələyib.

Qurbanov ondan narazı olan oyunçuları komandadan qovmaqla qorxudub:

"Kim mənim keçdiyim məşqləri bəyənmirsə, onu saxlamayacam. Eşitmişəm ki, gedib məndən orada-burada şikayət edirsiz.

Nə sözünüz varsa, gəlin, mənə deyin. Mən rəhbərlikdən səlahiyyət almıışaam, AFFA da arxamda dayanıb. Hansı futbolçudan barədəmdə nəsə eşitsəm, məndən inciməsin".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!