"Soçi" bizə imkan verdiyi qədər oynadıq.
Kifayət qədər ciddi rəqibdir. Heyətində yaxşı oyunçuları var".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Rusiyada "Soçi"yə 0:3 hesabı ilə uduzduqları Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Meydanda həyata keçirmək istədiyimiz planlar var idi. Amma "Soçi" buna imkan vermədi. Rəqib bizdən daha hazırlıqlı idi".
Qurbanovun sözlərinə görə, oyunçularda həyəcan var idi: "İkinci qarşılaşmada daha yaxşı oynamağa çalışacağıq.
Müdafiədə və hücumda çox top itirdik. Qolu da bu cür epizodların birində buraxdıq. Uşaqlar əllərindən gələni etdilər. Cavab matçı Bakıda olacaq. Komandana inanıram".

