"Zirə"dən ayrılan Kərim Diniyevin yeni klubu məlum olub.
Sportinfo.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi yeni mövsümdə "Keşlə"nin heyətində olacaq. Diniyev Azərbaycan Kubokunun son qalibi ilə 1 illik müddəti olan müqavilə imzalayıb.
Xatırladaq ki, 27 yaşlı müdafiəçi ötən mövsüm "Zirə"nin heyətində cəmi 3 oyun şans qazanıb.