Qanalı yarımmüdafiəçi "Səbail"in ulduzu ilə oynamaq istəyir

28 May 2020 21:00 Səbail 722
Qanalı yarımmüdafiəçi "Səbail"in ulduzu ilə oynamaq istəyir

"Ural"ın futbolçusu Petrus Bumal hazırda "Səbail"də çıxış edən Maykl Essyenlə birlikdə oynamaq istədiyini söyləyib.

Sportinfo.az xəbər verir ki, xarici mətbuata açıqlama verən 27 yaşlı qanalı yarımmüdafiəçi "Çelsi"nin sabiq ulduzları Klod Makelele və Maykl Essyeni çox bəyəndiyini deyib.

Bumal onların oyun tərzlərini özünə örnək götürdüyünü sözlərinə əlavə edib: "Essyen ilə Makelele hücumçular və müdafiəçilər arasında tarazlığı qoruyurdular. Orada oynadıqları üçün "Çelsi"ni də çox sevirdim".

2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti