"Müqaviləmin bitməsinə 10-15 gün qalır, belə yaşamaq çətindir"

5 May 2020 22:40 Səbail 647
"Müqaviləmin bitməsinə 10-15 gün qalır, belə yaşamaq çətindir"

"Komanda ilə onlayn məşq edirik, evdəyik. İki aydır ki, evdən çölə çıxmırıq.

Futbolçu üçün iki ay, topsuz məşq etmək və meydana çıxmamaq çox çətindir. Bu müddətdən sonra meydana qayıdıb, oynamaq da asan deyil".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in iranlı futbolçusu Peyman Keşavarz deyib.

25 yaşlı müdafiəçi ailə üzvlərinin yanında olmadığını və onlar üçün darıxdığını bildirib: "Belə yaşamaq çətindir. Gözləyək, görək AFFA çempionatla bağlı hansı qərarı verəcək.

Çempionatın bərpa olunub-olunmayacağı ilə bağlı bir söz deyə bilmərəm. Meydana qayıtdıqdan sonra zədələnmək ehtimalımız da yüksəkdir. Ümid edirəm ki, AFFA elə qərar qəbul edəcək ki, bu, həm çempionata, həm də biz oyunçulara ziyan verməyəcək. Sağlamlıq çox vacib məsələdir".

Keşavarz İrandakı vəziyyətdən xəbərsiz olduğunu, hazırda yalnız ailəsi ilə maraqlandığını sözlərinə əlavə edib: "Şükürlər olsun ki, ailəmin vəziyyəti yaxşıdır".

Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb. Ölkədə karantin müddəti isə mayın 31-dək uzadılıb. Mayın sonunda klubla sözləşməsi başa çatan müdafiəçi hazırda durumunun necə olacağını bilmədiyini vurğulayıb (report):

"Müqaviləmin bitməsinə 10-15 gün qalır. 40 gündür səbirsizliklə gözləmişəm ki, çempionatı oynayaq. Liqanın taleyi bilinəndən sonra klubla danışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti