"Dəllək"liyi Azərbaycan klubunun başında öyrənir ki...

11 Aprel 2020 19:02 Səbail 698
"Dəllək"liyi Azərbaycan klubunun başında öyrənir ki...

Yaxın keçmişdə futboldan gedən, həmçinin karyerasını davam etdirən futbolçuların əksəriyyəti məşqçi olmaq qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, məşqçiliyin sirlərini öyrənməyə başlayan ulduz futbolçuların siyahısı dərc olunub.

Futbolçu kimi, məşqçilik karyerasının uğurlu olması gözlənilənlər arasında "Səbail"in yarımmüdafiəçisi Maykl Essyen də var. Uels Futbol Federasiyasında məşqçilik məktəbini oxuyan qanalı ulduz futbolçu hazırda "Səbail"in formasını geyinməklə yanaşı, U-19 komandasının da köməkçi məşqçisidir.

UEFA-nın B kateqoriyasına malik olan 38 yaşlı orta sahə oyunçusu gələcəkdə böyük klubları çalışdırmaq arzusundadır.

Essyenin yer aldığı siyahıda Patris Evra, Dimitar Berbatov, Eşli Koul, Eydur Qudyonsen, Andrea Pirlo, Raul Qonzales, eyni zamanda futbolçu karyerasını davam etdirərək məşqçiliyin sirlərini öyrənməyə başlayan Ueyn Runi, Kevin De Bruyne və Cek Uilşir də var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!