COP29

Rauf Vəliyevin klubunda kütləvi ixtisarlar başladı – 10 məşqçi yola salındı, yemək kəsildi

19 İyul 14:40 Səbail 3 071
Rauf Vəliyevin klubunda kütləvi ixtisarlar başladı – 10 məşqçi yola salındı, yemək kəsildi

"Səbail"də büdcənin azalması ilə bütün nizam pozulub.

Bundan ən çox ziyan akademiyaya dəyib.

Artıq burada kütləvi ixtisarlara start verilib. Belə ki, 10 məşqçi ilə müqavilə yenilənməyib.

Onlardan 4-ü başqa klublara üz tutub. Elnur Abdullayev "Şahdağ Qusar"a, Əyyub Əliyev "İmişli"yə, Əli Həsənli "Qarabağ"ın futbol akademiyasına, Aydın Manaflı "Sabah"ın akademiyasına yollanıb.

Minifutbol yığmasında çempion olan qapıçılar üzrə məşqçi Ağaseyid Qasımov, həmçinin Manaf Kələntərli, Murad Məmmədov işsiz qalıb.

Bundan başqa, həm Əfqanıstan, həmdə Qarabağ müharibəsində döyüşən Ehtiram Qasımov, Qarabağ müharibəsində həkim kimi iştirak edən Vüsal Şahbazov, "Səbail" yaranan orada çalışan Şahin Əliyev klubdan göndərilib.

"Səbail"in Futbol Akademiyasında maaşlar 10 aya salınıb. Bu, yalnız akademiyanın məşqçilərinə aiddir. Əvvəllər isə onlar 12 ay boyunca maaş alırdı.

Qeyd olunanlar hələ harasıdır..? Akademiya komandaları bundan sonra səfər oyunlarına 1 gün əvvəlcədən yox, elə matç günü gedəcək.

Azyaşlı futbolçular səfərə çıxarkən qida ilə təmin olunmayacaqlar. Klub rəhbərliyi rayondan gətirilmiş və Bayıl qəsəbəsində yerldəşdirilmiş oyunçuların yeməyini kəsib.

Onlar daha hər gün bazaya gələrək, nahar və şam edə bilməyəcəklər.

«Xəzər Dəniz Gəmiçiliyi»nin sədri Rauf Vəliyevin himayədarı olduğu «dənizçilər» akademiya təmsilçilərinə geyim və inventar almaqdan da imtina edib.

Komandalar yeni mövsümdə köhnəlmiş formalardan istifadə etməli olacaq.

Bu geyim dəstlərinin yuyulmasıvə qurudulması da futbolçuların özlərinə gördürüləcək. Yəni ki, «Səbail» başbilənləri uşaqlara görə camaşırxanaya pul ödəməyi lazım bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…