Azərbaycandakı ulduz haqda: “O, Mourinyo ilə ata-oğul idi"

14 Fevral 2020 15:04 Səbail 952
Azərbaycandakı ulduz haqda: “O, Mourinyo ilə ata-oğul idi"

“Çelsi” Hakim Ziyeçi heyətinə qatmasının ardından London təmsilçisində bugünə qədər çıxış etmiş ən yaxşı afrikalı futbolçuların siyahısı hazırlanıb.

Sportinfo.az xəbər verir ki, “givemesport.com” saytında dərc olunan məqalədə Maykl Esyenin də adı var.

Siyahıda komandada oynamış ən yaxşı 15 afrikalı futbolçunun ismi yer alıb. Yazıda “Çelsi” klubunun daima afrikalı oyunçular ilə çalışdığı və onların xidmətində maraqlı olduğu bildirilib. Hazırda karyerasını Azərbaycanda davam etrdirən Esyen üçün isə bunlar qeyd edilib:

“Mourinyo ilə onun ata-oğul kimi olmasının səbəbləri var idi. Çünki Esyen bu komandanın döyünən ürəyi idi. Qanalı futbolçu “Çelsi”də keçirdiyi 250-dən çox görüşlə azarkeşlərin qəhramına çevrilib”.

Qanalı futbolçu siyahıda ikinci sıradadır. Komandaya gəlmiş ən yaxşı afrikalı futbolçu isə Didye Drqoba olaraq göstərilib.

Qeyd edək ki, Maykl Esyen ötən mövsümdən “Səbail”də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti