Konqo Demokratik Respublikası yığmasının üzvü baxışdadır

10 Fevral 2020 13:40 Səbail 742
Konqo Demokratik Respublikası yığmasının üzvü baxışdadır

Maliyyə problemləri üzündən mövsümün əvvəlində və ortasında xeyli sayda futbolçusunu itirən "Səbail" baxışa yeni legioner çağırıb.

Sportinfo.az xəbər verir ki, Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidi bu gün "dənizçilər"lə düşərgəsinə gəlib.

Son olaraq Mərakeşdə "Raca Kasablanka"da çıxış edən 26 yaşlı yarımmüdafiəçi 91 oyuna 7 qol vurub. O, karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien"in formasını geyinib.

2011-ci ildən Konqo millisinə dəvət alan Mabidi 23 oyun keçirib. Afrikalı ucuzvari legionerdir. Son aylar klub tapa bilmədiyi üçün "Səbail"ə pənah gətirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!