Rıbka: "Daha 10-15 gün gözləmək lazımdır"

24 Oktyabr 2019 13:40 Səbail 600
Rıbka: "Daha 10-15 gün gözləmək lazımdır"

"Hər şey, demək olar ki, normaldır. Artıq qapıçılarla birlikdə hazırlaşıram. Hər hansı məhdudiyyət yoxdur. Tezliklə kollektivə qoşulmalıyam. Bundan sonra oyunlarda iştirak edə biləcəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin mətbuatına açıqlamasında deyib. Zədədən sonra bərpa prosesini tamamlayan və məşqlərdə iştirak edən qolkiper meydana nə vaxt qayıdacağı ilə bağlı konkret tarix deməyib:

"Hər şey tədricən qaydasına düşür. Heç yerə tələsmirəm. 6 ay futbol oynamadım. Boşluğu doldurmaq lazımdır. Meydana qayıdacağım tarixi açıqlamaq çətindir. Məşqçilər heyəti ilə danışmışam. Özümü nə vaxt 100 faiz yaxşı hiss etsəm, deyəcəm. Qərar da bundan sonra veriləcək.

Zədəm ciddi idi və burada özümü necə hiss etməyim də vacib rol oynayır. Bu dövr mənim üçün çox çətin keçdi. Ailəmə və kluba "sağ o" deyirəm ki, məni dəstəklədilər. Ancaq daha 10-15 gün gözləmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti