İmkanlı klub “Xəzər Lənkəran”lı dünya çempionuna iş verdi

16:40 I Divizion 135
İmkanlı klub “Xəzər Lənkəran”lı dünya çempionuna iş verdi

“Xəzər Lənkəran”ın yetirməsi Kamran Abdullazadə futbolçu karyerasını başa vurub.

O, bundan sonra məşqçilik fəaliyyəti göstərəcək.

Artıq yeni iş yeri də məlumdur.

Kamran “Xəzər Lənkəran”da çiyin-çiyinə oynadığı Rahid Əmirquliyevlə Elnur Abdullayevin təklifini müsbət dəyərləndirərək “Səbail”də çalışmağa razılıq verib.

Yeni iş yerində baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək. Abdullazadənin məşqçilik kateqoriyasına sahib sahib olub-olmaması barədə məlumat yoxdur.

31 yaşında karyerasını başa vuran səbəbkar Premyer Liqada “Xəzər Lənkəran”, “Sumqayıt” və “Kəpəz”in, aşağı liqalarda “FC Baku”, “Ağsu Siti”, “Lerik” kimi komandaların uğurları üçün tər töküb.

O, eyni zamanda 2025-ci ildə Azərbaycanın minifutbol millisinin heyətində dünya çempionu adını qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti