Yığmamızın keçmiş hücumçusu Niderland klubunun düşərgəsində

27 Avqust 03:00 Hadisə 734
Yığmamızın keçmiş hücumçusu Niderland klubunun düşərgəsində

Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov Bakıda “Tvente”ni ziyarət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderland təmsilçisi sabah Konfrans liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyununa çıxacaq.

Vaqif Cavadov isə 2010/11 mövsümündə formasını geyindiyi "Tvente"nin məskunlaşdığı otelə yollanıb, “Tvente” rəsmiləri ilə görüşüb.

Bu gün keçiriləcək “Qarabağ” – “Tvente” oyununa saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 1:0.

Digər Xəbərlər
Xəbər Lenti