Fitə basıldı, məşqə qatılmadı - “Barselona”ya keçmək istəyən hücumçu

27 Avqust 00:20 İspaniya 487
Fitə basıldı, məşqə qatılmadı - “Barselona”ya keçmək istəyən hücumçu

“Atletiko”nun hücumçusu Xulian Alvares komandanın məşqinə qatılmayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəsmiləri argentinalı futbolçunun məşqdə iştirak etmədiyini təsdiqləyib.

Klub nümayəndələri oyunçunun gecə normal yata bilmədiyini və özünü yaxşı hiss etmədiyini bildiriblər.

Alvares La Liqanın ilk turunda, “Vilyarreal”la 2:2 hesablı heç-heçə etdikləri matçda “Atletiko” azarkeşlərinin fitə basmasına məruz qalıb.

26 yaşlı hücumçunun bütün yay ərzində “Barselona”ya keçmək istədiyi barədə məlumatlar yayılıb. Ancaq “Atletiko” rəhbərliyi onu buraxmaq niyyətində deyil.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM