Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov Bakıda “Tvente”ni ziyarət edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.
37 yaşlı mütəxəssis Enshede komandasının “Qarabağ”a qarşı keçirəcəyiKonfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində klubun qaldığı hotelə yollanıb.
V.Cavadov 2010/2011 mövsümündə “Tvente”nin formasını geyinib.
Niderlandda baş tutan ilk görüşdə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
