“Kəpəz” üçün qarşıdakı tur xüsusi əhəmiyyət daşıyacaq.
Komanda mövsümdə ilk ev oyununu doğma şəhərində keçirəcək.
Gəncə klubu avqustun 30-da “Turan Tovuz”u qəbul edəcək. Qərb derbisi Gəncə şəhər stadionunda baş tutacaq və saat 18:00-da başlayacaq.
“Kəpəz” ötən mövsüm Gəncə şəhər stadionunda aparılan yenidənqurma işləri səbəbindən ev oyunlarını əsasən Tovuz və Yevlax şəhər stadionunda keçirib.
Ümumiyyətlə, 2,5 ildən artıqdır ki, doğma şəhərdən uzaq düşmüşdü. Bu dönüş isə kluba heç də ucuz başa gəlməyib.
“Kəpəz“ doğma stadiondan istifadəyə görə xərc çəkməyə razılaşıb. Burada keçirilən hər ev oyunu üçün 10000 manat ödəniş ediləcək.
Göstərilən məbləğ arenanın balansında olduğu Gənclər və İdman Nazirliyinin hesabına köçürüləcək.
SPORTİNFO.AZ
