Yuri Vernidub “Neftçi” rəhbərliyinə söz verdi ki… MARAQLI XƏBƏR

13:00 Neftçi 356
Yuri Vernidub “Neftçi” rəhbərliyinə söz verdi ki… MARAQLI XƏBƏR

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub klub rəhbərliyi qarşısında öhdəlik götürüb.

O. Premyer Liqanın ilk 6 turu ərzində maksimum nəticə əldə edəcəklərinə söz verib.

Ukraynalı mütəxəssis milliyə görə çempionatda yaranacaq fasiləyə qədər qələbələri sıralayacaqlarına inanır.

60 yaşlı çalışdırıcı əmindir ki, komandası hər həftə daha da artıracaq və yüksələn qrafik çızacaq.

Vernidub Konfrans Liqasının ikinci təsnifat mərhələsində Minsk «Dinamo»sunna məğlubiyyətin futbolçulara mənfi təsirinin get-gedə azaldılmasını qeyd edib.

Təcrübəli sükançının fikrincə, yeni transferlər əsas heyətə düşmək uğrunda rəqabəti bir qədər də gücləndirib və bu, gündəlik hazırlıq proseslərində özünü qabarıq hiss etdirir.

«Ağ-qaralar» ilk iki turda 6 xal toplayıb. Mövsümün açılış həftəsində «Sumqayıt»ı səfərdə 3:1 udan paytaxt təmsilçisi daha sonra «Araz-Naxçıvan»ı 5:0 hesabıyla darmadağına məruz qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti