Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, keçiriləcək 4 oyunla Liqa mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.
AEK Yunanıstanda "Levski"ni (Bolqarsıtan), Norveç "Vikinq"i Zaqreb "Dinamo"sunu qəbul edəcək.
"Slovan" (Slovakiya) Sloveniya səfərində "Tselye" ilə, "Fənərbaxça" (Türkiyə) isə Fransada "Lion"la qarşılaşacaq.
Hər 4 cütlüyün ilk oyununda bərabərlik qeydə alınıb.
26 avqust
UEFA Çempionlar Liqası, pley-offun cavab oyunları
23:00. AEK (Yunanıstan) – “Levski” (Bolqarıstan)
İlk oyun – 0:0
23:00. “Vikinq” (Norveç) – “Dinamo” Zaqreb (Xorvatiya)
İlk oyun – 2:2
23:00. “Tselye” (Sloveniya) – “Slovan” Bratislava (Slovakiya)
İlk oyun – 1:1
23:00. “Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 1:1
25 avqust
“Sabah” (Azərbaycan) – “Hapoel” (Beer-Şeva, İsrail) - 5:2
İlk oyun – 1:2
LASK (Avstriya) – “Seltik” (Şotlandiya) - 5:1
İlk oyun – 0:3
“Budo-Qlimt” (Norveç) – “Neymegen” (Niderland) - 3:0
İlk oyun – 3:1
Cütlərin qalibləri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcəklər.
