“Mən “Qarabağ”la ilk matçda bir az səbirsiz davrandım”

26 Avqust 23:20 Qarabağ 124
“Mən “Qarabağ”la ilk matçda bir az səbirsiz davrandım”

“Tvente”nin yarımmüdafiəçisi Rud Neystad UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunundan öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu qarşılaşmadan əvvəl açıqlamasında bunları deyib:

“Avropa futbolu daxili birincilikdən fərqlənir. Burada yaradılan hər bir qol imkanından maksimum yararlanmaq lazımdır.

İlk qarşılaşmada müəyyən təcrübə qazandıq və səhvlərimizdən nəticə çıxardıq. Şəxsi inkişafım üçün də Avropa səviyyəsində oynamaq çox faydalıdır.

İlk matçda bir az səbirsiz davrandım və topu tez ötürməyə çalışdım. Oyun bitdikdən sonra baş məşqçi mənə tövsiyələrini verdi və nəyi daha yaxşı edə biləcəyimi izah etdi.

Bu cür dəstək mənim üçün çox əhəmiyyətlidir. Cavab matçında komandaya daha çox fayda verməyə çalışacam”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!