Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov "Bursaspor"u tərk edə bilər.
Sportinfo.az xəbər verir ki, o, karyerasını Superliqa təmsilçisi "Eyüpspor"da davam etdirmək şansına sahibdir.
Bu məlumatı Türkiyə mətbuatı yayıb.
İddiaya görə, Bayramov "Bursaspor"dan "Eyüpspor"a icarəyə yollana bilər.
25 yaşlı futbolçu "Bursaspor"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

