Niderland millisinin yeni baş məşqçisi Xavi Hernandes vəzifəyə təyin olunmasından sonra ilk açıqlamasını verib.
İspaniyalı mütəxəssis avqustun 12-də “narıncılar”ın “sükanı arxasına” keçib və 2030-cu ilə qədər nəzərdə tutulan dör dillik müqavilə imzalayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Oyunçu və məşqçi karyeram ərzində çox şey öyrəndim və biliklərimi başqalarına ötürmək istəyirəm.
Mən Niderland futbolunun hazırkı nəslinə inanıram. İstedadlı oyunçular çoxdur, amma mənim üçün komanda qurmaq vacibdir.
Mən siyahıda Pep Qvardiola və Arne Slotdan sonra üçüncü idimmi? Bu, o qədər də pis deyil. Mən mütləq kürsüdəyəm”.
