Ölkəmizdə bu klubun yeni rəhbərinin kimliyi üzə çıxdı

09:40 II Divizion 271
Ölkəmizdə bu klubun yeni rəhbərinin kimliyi üzə çıxdı

II Liqada çıxış edən «Hypers»in yeni rəhbərinin kimliyi bəlli olub.

Ötən illər ərzində klubun başında dayanan Ayaz Abdullayevi bu vəzifədə Murad Behbudov əvəzləyib.

Dörd il öncə futbol səhnəsinə çıxmış klub ötən iki mövsümdə «Quba» adıyla fəaliyyət göstərib. Bu yaxınlarda isə «Hypers» ismini geri qaytarıblar.

Aşağı liqa mənsubu bundan sonra Qubanı təmsil etməyəcək. İndi bütün istiqamətlər Bərdəyə aparır.

Səbəb A.Abdullayevin şəxsi imkanlarının zəifləməsiylə bağlıdır. Onun maddi rıçaqları əvvəlki kimi deyil, düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti