Argentinalı sabiq futbolçu Serxio Aquero, həmyerlisi, “Atletiko”nun hücumçusu Xulian Alvaresi müdafiə edib.
Futbolçu Madrid klubundan ayrılmaq və “Barselona”ya keçmək istədiyini bildirib.
Lakin “Atletiko” onu satmaq istəmir. Bu səbəbdən, komandanın azarkeşləri ”Vilyarreal”la oyunda Alvaresi fitə basıblar.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Aquero bu münasibəti düzgün hesab etmədiyini bildirib:
“Bunu başa düşmürəm. Alvares getmək istəyir, klub onu buraxmayacaq, sonra isə azarkeşlər onu alçaldırlar.
Ondan nə gözləyirlər? O, artıq qərarını verib. “Atletiko” Alvareslə oturub, vəziyyəti çətinləşdirməmək üçün ən yaxşı həll yolunu tapmağa çalışmalıdır.
İndi oyunçunun ətrafında mənfi bir atmosfer var və o, günahlandırılır. Bu, ona qarşı ədalətsizlikdir.
Görünür ki, “Atletiko” onu “Barselona” əvəzinə başqa bir kluba getməyə məcbur etmək üçün əlindən gələni edir.
Bu doğrudursa, deməli, səhvdir. Bu yanaşma digər oyunçuların “Atletiko”ya olan inamını sarsıda bilər”.
Alvareslə “Arsenal”ın da maraqlandığı bildirilir.
