“Lill”in yarımmüdafiəçisi Ayyub Buaddi “Mançester Siti”yə keçib.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçu “şəhərlilər”lə müddəti 2031-ci ilin yayına qədər olan müqavilə imzalayıb. Buaddi yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.
18 yaşlı yarımmüdafiəçi 2023-cü ildən “Lill”in əsas komandasında oynayırdı. O, Fransa klubunun heyətində bütün turnirlərdə 96 matça çıxıb və 4 məhsuldar ötürmə verib.
İddialara görə, “Mançester Siti” bu transfer üçün “Lill”ə 95 milyon avro ödəyib. Razılaşmada daha 5 milyon avro bonus nəzərdə tutulub.
Beləliklə, mümkün bonuslarla birlikdə transferin ümumi məbləği 100 milyon avroya çata bilər.
