Millinin keçmiş hücumçusu 2 il müddətinə həbs olunacaq?

27 Avqust 10:00 İngiltərə 492
Millinin keçmiş hücumçusu 2 il müddətinə həbs olunacaq?

İngiltərə millisinin keçmiş hücumçusu Raheem Sterlinq maşını təhlükəli idarə etdiyi üçün iki ilə qədər azadlıqdan məhrum edilə bilər.

Sportinfo.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun sentyabrın 15-də Beyzinqstok məhkəməsi qarşısına çıxacağı gözlənilir.

Hempşir qraflığının polis nümayəndəsinin verdiyi məlumata görə, Sterlinq avtomagistralda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmədə cavab verəcək.

Sterlinqin son klubu Niderlandın “Feyenoord” komandası olub. O, karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal”ın şərəfini qoruyub,

“Siti”nin heyətində 4 dəfə Premyer Liqa çempionu olub. İngiltərə millisinin heyətində keçirdiyi 82 oyunda 20 qola imza atan təcrübəli hücumçu Avro-2020-nin gümüş mükafatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM