“Onu “Qarabağ”dan daha tez transfer etməyə çalışmışdıq”

27 Avqust 02:00 Hadisə 671
“Onu “Qarabağ”dan daha tez transfer etməyə çalışmışdıq”

“Seltik”də çıxış edən Kamilo Duran Çempionlar Liqasının pley-off mərhələsində diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, “Seltik”in baş məşqçisi Martin O'Nil kolumbiyalı vinger haqda danışıb.

O, deyib: “Duran parlaq futbolçudur. Onu xeyli əvvəl diqqətimizə götürmüşdük və daha tez transfer etməyə çalışmışdıq.

Onun dünya səviyyəli futbolçu olduğunu demirəm, amma bu, dünya səviyyəli çıxış idi”.

Duran “Seltik”ə yay transfer pəncərəsində “Qarabağ”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti