Dörd dəqiqəlik işıq problemi “Neftçi”ni 2000 manat xərcə saldı

01:20 Hadisə 143
Dörd dəqiqəlik işıq problemi “Neftçi”ni 2000 manat xərcə saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 2-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Zirə” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” 2000 manat cərimələnib

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!