“Qarabağ” sabah Liqa mərhələsinə vəsiqə qazansa, nə baş verəcək?

11:00 Qarabağ 209
“Qarabağ” sabah Liqa mərhələsinə vəsiqə qazansa, nə baş verəcək?

Azərbaycan 10 illik fasilədən sonra Avropa kubokları yarışlarının əsas mərhələsində iki komanda ilə təmsil oluna bilər.

Sportinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Konfrans Liqasının Liqa mərhələsinə düşəcəyi halda baş verəcək.

Məlum olduğu kimi, Ağdam təmsilçisi “pley-off”un ilk matçında səfərdə “Tvente”yə (Niderland) qalib gələrək (1:0) mərhələ keçmək üçün yaxşı imkan əldə edib.

Sabah Bakıda keçiriləcək cavab matçında Qurban Qurbanovun komandasını heç-heçə də qane edəcək.

Xatırladaq ki, 2026/27 mövsümü üçün “Sabah” artıq Çempionlar Liqasının Liqa mərhələsini təmin edib.

Azərbaycan son olaraq Avropa kuboklarının əsas mərhələsində - qrup yarışında 2016/17 mövsümündə iki komanda ilə təmsil olunub.

Həmin il (eləcə də ondan əvvəlki mövsümdə) “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti