Kişi millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək

07:10 Boks 48
Kişi millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək.

Sportinfo.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 17 idmançı ilə yollanıb.

Boksçular sentyabrın 10-da yekunlaşacaq toplanışda Gürcüstan, Belarus və İsraillə birgə məşq edəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.

Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!