Çempionlar Liqasındakı ev oyunlarını harada keçirəcəklər?

27 Avqust 11:20 Sabah 1 610
Çempionlar Liqasındakı ev oyunlarını harada keçirəcəklər?

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "bayquşlar" rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

“Sabah”ın əsas stadionu Masazırda yerləşən “Bank Respublika Arena”dır. Klub uzun müddətdir ev oyunlarının böyük hissəsini məhz bu arenada keçirir.

Komanda 2026-cı ildə də Azərbaycan çempionatındakı ev matçlarının əksəriyyətini “Bank Respublika Arena”da oynayıb.

“Sabah” İsraildən Hapoel Beer-Şeva” ilə dramatik keçən Çempionlar Liqasının pley-off mərhələsindəki mübarizədən sonra turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

İlk oyunda 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu Bakıda keçirilən cavab görüşündə möhtəşəm geridönüşə imza ataraq əlavə vaxtda 5:2 hesabı ilə qalib gəlib. Bununla da “Sabah” iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə mərhələni keçib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM