“Barselona”nın sabiq yarımmüdafiəçisi, hazırda azad agent olan Frank Kessye İtaliya klublarının maraq dairəsindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma” 29 yaşlı futbolçunun transferi üçün mübarizəyə qoşulub və onu heyətinə qatmaq istəyir.
Klubun baş məşqçisi Can Pyero Qasperini də yarımmüdafiəçini tanıyır. İtaliyalı mütəxəssis onunla daha əvvəl “Atalanta”da çalışıb.
Kessye 2022–2023-cü illərdə “Barselona”da, 2023-cü ilin avqustundan 2026-cı ilin iyununa qədər isə “Əl-Əhli”də çıxış edib və müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent olub.
O, 2025/26 mövsümündə 39 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
