İndi hamı bundan danışır: “Bayquşlar Avropanın üzərindən uçdu” - FOTO

14:20 Sabah 143
İndi hamı bundan danışır: “Bayquşlar Avropanın üzərindən uçdu” - FOTO

“Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (Beer-Şeva, İsrail) ilə keçirdiyi oyunda azarkeşlərin açdığı pankart diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, tribunada “2017 — THE OWLS FLEW OVER EUROPE” (“2017 - Bayquşlar Avropanın üzərindən uçdu”) sözləri yazılmış pankart nümayiş etdirilib.

Buradakı “The Owls” (“Bayquşlar”) ifadəsi “Sabah”ın ləqəbinə işarədir. 2017-ci il isə klubun yaradıldığı ildir.

Pankartla “Sabah”ın yarandığı ildən başlayaraq Avropada tarixi uğura gedən yolu simvolik şəkildə ifadə olunub.

Tarixində ilk dəfə bu mövsüm UEFA Çempionlar Liqasına qatılan “Sabah” yarışın Liqa mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti