Yuri Vernidub yeni transferə yerini göstərdi, faydasını gördü

19:00 Neftçi 319
Yuri Vernidub yeni transferə yerini göstərdi, faydasını gördü

Deyəsən, Yuri Vernidubun Qravilyonun dərsini yaxşı verib, yerini göstərib...

Əcnəbi oyunçu Minsk "Dinamo"su ilə oyunların ən zəif bəndi idi.

Hətta cavab görüşündə ehtiyatda qalmamasına təəccüblənmişdim.

Premyer Liqanın ilk turunda gördük ki, ukraynalı yeni transferə lazım olan yeri göstərib - ehtiyat skamiya.

Hətta mövqeyini də dəyişib.

Avrokuboklarda stoper kimi çıxış edən təcrübəli oyunçu "Sumqayıt"la matçda dayaq yarımmüdafiəçisi kimi meydana daxil oldu.

Pis də matç keçirmədi.

"Araz Naxçıvan"la görüşdə bir addım da artıq atmış oldu.

Yenə əvəzetmədən yarımmüdafiəçi kimi oyuna qoşulan futbolçu baxımlı qolla yadda qaldı.

Özünü belə aparsa, daha çox oyun vaxtı alar, faydası da az dəyməz.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti