“Neftçi”nin şərəfini qorumuş ulduz 40 yaşında Sinqapura getdi - FOTO

02:10 Hadisə 101
“Neftçi”nin şərəfini qorumuş ulduz 40 yaşında Sinqapura getdi - FOTO

Yaponiya millisinin sabiq üzvü Keysuke Hondanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu Sinqapurda oynayacaq.

O, bu ölkənin əsas liqasında mübarizə aparan “Yuronq”la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.

Honda 2021-ci ilin martından iyuluna kimi “Neftçi” oynayıb. "Milan", "Botofaqo", "Vitess", SSKA (Moska) klublarında da çıxış etmiş Honda "Neftçi"də meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!