Ronaldodan sonra bunu bacaran ilk futbolçu oldu - “Real”da

12:20 İspaniya 101
Ronaldodan sonra bunu bacaran ilk futbolçu oldu - “Real”da

“Real” İspaniya çempionatının təxirə salınan ilk tur matçında dünən doğma meydanda “Real Sosyedad”ı darmadağın edib – 4:1.

“Kral klubu”nun qələbəsində əsas pay sahibi Kilian Mbappe olub.

Fransalı hücumçu het-trikə imza atıb. Bu üç qoldan sonra Mbappenin “Real”da məhsuldar fəaliyyətlərinin sayı 100-ü keçib. 27 yaşlı forvard Madrid klubunda 89 qol vurub və 12 məhsuldar ötürmə verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe “Real” tarixində 100 məhsuldar fəaliyyətə ən sürətli çatan ikinci futbolçudur.

O, bu göstəriciyə 105 oyunda nail olub. Ondan əvvəlki rekord isə Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalı futbolçu 100 məhsuldar fəaliyyət həddini cəmi 70 matçda keçib.

“Real” növbəti oyununu avqustun 30-da “Malaqa”ya qarşı keçirəcək. La Liqanın 3-cü turunun matçı saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!