“Beşiktaş”la “Yuventus” indi razılığa yaxındır - Onun keçidi gündəmdə

12:20 İtaliya 115
“Beşiktaş”la “Yuventus” indi razılığa yaxındır - Onun keçidi gündəmdə

“Yuventus”un yarımmüdafiəçisi Fabio Miretti karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunu heyətinə qatmaq istəyən “Beşiktaş”dır.

Türkiyə təmsilçisi artıq “Yuventus”la danışıqlara başlayıb. Tərəflərin razılığa gəlməyə yaxın olduğu qeyd olunur.

Miretti “Yuventus”un yetirməsidir. O, Turin klubunun əsas komandasında ümumilikdə 106 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

İtaliya millisinin də üzvü olan yarımmüdafiəçinin “Yuventus”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Onun hazırkı dəyəri 15 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti