"Qarabağ"dan XƏBƏRDARLIQ - Satış 1 saat tez dayandırılacaq

27 Avqust 02:30 Qarabağ 501
"Qarabağ"dan XƏBƏRDARLIQ - Satış 1 saat tez dayandırılacaq

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və “Tvente” (Niderland) arasında keçiriləcək cavab oyununun başlamasına bir saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.

"Qarabağ" - "Tvente" qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Komandalar arasında Niderlandda baş tutan ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada