Rusiyanın tanınmış nəşri “Sabah”ın uğurunu iki nəfərin adına bağladı

20:40 Sabah 208
Rusiyanın tanınmış nəşri “Sabah”ın uğurunu iki nəfərin adına bağladı

Bakıda “Hapoel Beer-Şeva”nı 5:2 hesabı ilə darmadağın edən “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etdi.

Azərbaycan çempionunun məlum uğuru təkcə Azərbaycanda yox, digər ölkələrdə də gemiş rezonans doğurub.

Xüsusən keçmiş MDB ölkələrində müzakirələr ən yüksək həddə çatıb.

Rusiyanın məşhur televiziya kanalı “МАТЧ ТВ” sosial şəbəkə hesablarında “Sabah”la bağlı paylaşım edib:

“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı.

Bir az əsəbləşməli oldular, amma ən əsası, rəqibi aldığı qırmızı vərəqə ilə cəzalandırdılar.

Klubun əsası 9 il əvvəl qoyulub..

Bu, fantastikadır!”

Rusiyanın digər ünlü nəşri “Спорт-Експресс” isə “Sabah”ın zəfərini həmyerlilərinin adına bağlayıb:

“Sabah” Çempionlar Liqasının əsas mərhələsində oynayacaq.

Murad Musayevlə Vasili Berezutskinin qoyduğu təməl üzərində (“Sabah”ın Rusiyadan olan keçmiş baş məşqçiləri – H.).

Yarım milyon izləyicisi olan “Чемпионат” səhifəsi də Azərbaycan çempionunun uğuruna biganə qalmayıb:

“Azərbaycanın “Sabah” klubu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək.

Pley-off mərhələsində Bakı təmsilçisi İsrailin “Hapoel Beer-Şeva” klubunu mübarizədən kənarlaşdırıb.

İlk oyunda 1:2 hesabı ilə məğlub olan azərbaycanlılar, cavab matçında 94-cü dəqiqədə ümumi nəticədə hesabı bərabərləşdirərək qarşılaşmanı əlavə vaxta daşıyıb və daha 2 qol vuraraq qələbə qazanıb”.

“Sabah”ın əsas mərhələdəki rəqiblərinin adına avqustun 27-də aydınlıq gələcək.

Həmin gün Bakı vaxtı ilə saat 20:00-da Monakoda 36 komandanın iştirakı ilə püşkatma mərasimi keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti