Braziliya yığması Bakıya gələcək heyəti nə vaxt müəyyənləşdirəcək?

27 Avqust 00:50 Dünya çempionatı 523
Braziliya yığması Bakıya gələcək heyəti nə vaxt müəyyənləşdirəcək?

Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının daha bir iştirakçısı müəyyənləşmək üzrədir.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin komandasının da ölkəmizə gəlişi gözlənilir.

Düzdür, cənubi amerikalılar iştiraklarını hələ rəsmən təsdiqləməyiblər. Lakin artıq seçimlərə başlanılıb.

“Sambaçılar” hətta sentyabrda Uruqvayda keçiriləcək Təkamül Liqası turnirində iştirak etməyi planlaşdırırlar. Yalnız ondan sonra Bakıya gələcək heyət bəlli olacaq.

U-15-lərin dünya çempionatı 23-31 oktyabrda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti