“Benfika” klubu “Bayern”in və Portuqaliya millisinin üzvü Joao Palinyanı transfer edib.
Spotinfo.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
Transferin məbləği 14 milyon avro təşkil edib. Bu məbləğ müəyyən edilmiş hədəflərə çatılacağı təqdirdə, daha 5 milyon avro artacaq.
Portuqaliya millisinin üzvünün sözləşməsində 50 milyon avroluq xitam tazminatı nəzərdə tutulub.
Palinya ötən mövsüm icarə əsasında İngiltərənin “Tottenhem” klubunda çıxış edərək, keçirdiyi 45 matçda 7 qol vurub. O, Portuqaliya yığmasının heyətində 37 oyunda meydanda olub.
