Reşfordu heyətinə qatmaq imkanını nəzərdən keçirir - “Zadəganlar”

00:00 İngiltərə 68
Reşfordu heyətinə qatmaq imkanını nəzərdən keçirir - “Zadəganlar”

“Çelsi” “Mançester Yunayted”in vingeri Markus Reşfordu heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

“Qırmızı şeytanlar” 28 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara hazırdır. Ancaq klub Reşfordun icarəyə göndərilməsini nəzərdən keçirmir və yalnız tam transfer variantına üstünlük verir.

Mançester təmsilçisi öz yetirməsinin satışından təxminən 30 milyon avro qazanmağı planlaşdırır.

Reşfordun yüksək maaşı isə “Çelsi” üçün əsas problem ola bilər. İngiltərə millisinin üzvü “Mançester Yunayted”də həftəlik 300 min funt-sterlinq (təxminən 350 min avro) qazanır.

Reşford ötən mövsümü icarə əsasında “Barselona”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!