Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq

27 Avqust 04:50 Digər növlər 271
Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq

Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Paralimpiyaçı turnirdə BC2 kateqoriyasında yer alacaq. Onu yarışda məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.

Dünya çempionatı 27 avqust - 1 sentyabr aralığında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO