Görəsən, Rafael “Qalatasaray”a keçsə, nə qədər qazanacaq?

26 Avqust 18:40 Türkiyə 602
Görəsən, Rafael “Qalatasaray”a keçsə, nə qədər qazanacaq?

“Milan”ın vingeri Rafael Leaonun adı son günlərdə “Qalatasaray”la yanaşı hallanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun “cim-bom”a keçəcəyi təqdirdə qazanacağı maaş da bəlli olub.

Leaonun İstanbul klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilir.

27 yaşlı futbolçu sənədləri imzaladıqdan sonra il ərzində 12 milyon avro maaş alacaq. Bununla belə, “Qalatasaray” hələlik “Milan”la razılığa gələ bilməyib. Hazırda klublar arasında danışıqlar davam edir.

“Transfermarkt” portalı Leaonun dəyərini 50 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM