“Tvente” üçün Bakıya neçə nəfər gəlib?

26 Avqust 23:40 Azarkeş 161
“Tvente” üçün Bakıya neçə nəfər gəlib?

Konfrans Liqasındakı təmsilçimiz “Qarabağ” həlledici oyuna çıxacaq.

“Köhlən atlar”ın pley-off mərhələsindəki rəqibi “Tvente”dir.

İlk oyunda səfərdə 1:0 hesablı qələbəyə sevinən təmsilçimiz cavab qarşılaşması öncəsi ciddi üstünlük əldə edib.

Bu dəfə təkcə 1:0-lıq üstünlük yox, həm də meydan və azarkeş amili də “Qarabağ”ın xeyrinə işləyəcək.

Lakin bu, “Tvente”nin dəstəksiz qalacağı anlamına gəlməməlidir.

Enshede klubunun rəsmiləri “Qarabağ”a müraciət edərək niderlandlı fanatlar üçün 150 biletin ayrılmasını xahiş edib. Yəni matç günü Tofiq Bəhramov adına Respublika stadionunda təxminən bu sayda qonaq fanat yerini tutacaq.

Bununla yanaşı, oyunu işıqlandırmaq üçün Niderlanddan Azərbaycana dörd jurnalistin gəlməsi də nəzərdə tutulub.

Avqustun 27-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!