Azərbaycan klubu Çempionlar Liqasında yeni topla oynayacaq-- FOTO

27 Avqust 03:30 Çempionlar Liqası 591
Azərbaycan klubu Çempionlar Liqasında yeni topla oynayacaq-- FOTO

Çempionlar Liqasının 2026/2027 mövsümündə istifadə olunacaq yeni oyun topu təqdim edilib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın Çempionlar Liqasının mətbuat xidməti sosial şəbəkədə yeni topun təqdimatını keçirib.

Yeni top turnirin əsas mərhələsinin, eləcə də pley-off mərhələsinin oyunlarında istifadə olunacaq.

Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi avqustun 27-də keçiriləcək - Bakı vaxtı ilə isə saat 20:00-da.

Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək Azərbaycan çempionu "Sabah" da daxil olmaqla, 36 komandanın rəqibləri müəyyənləşəcək.

“Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.

Çempionlar Liqasının püşkatmasında yarışa birbaşa vəsiqə qazanan 29 komanda və pley-off mərhələsinin 7 qalibi iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada