Diqqəti “Qarabağ”dadır: “Bu səviyyədə özümü sınamaq mənə xoş gəlir”

07:40 Qarabağ 99
Diqqəti “Qarabağ”dadır: “Bu səviyyədə özümü sınamaq mənə xoş gəlir”

“Tvente”nin müdafiəçisi Rud Neyştad Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, gənc futbolçu Avropa matçlarının çempionat oyunlarından fərqli olduğunu bildirib:

“Avropa oyunları çempionatda öyrəşdiyiniz qarşılaşmalardan tamamilə fərqlidir. Fürslərdən düzgün istifadə etməyin nə qədər vacib olduğunu gördük.

"Ferensvaroş"la oyunda bu baxımdan yaxşı dərs aldıq. Avropa səviyyəsində mübarizə aparmaq və bu səviyyədə özümü sınamaq mənə xoş gəlir.

Mövsümə özüm üçün fərqli başlanğıc təsəvvür etmişdim, amma bu da gənc futbolçuların inkişafının bir hissəsidir. Belə vəziyyətlə necə davranmaq vacibdir.

İndi hər şeyin qaydasında olmasına şadam. Bu mövsüm üçün qarşımıza Avropa futboluna vəsiqə qazanmaq məqsədi qoymuşuq və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Hazırda bütün diqqətimiz buna yönəlib”.

"Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!